Pulmonologiya şöbəsi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibində 1978-ci ildən fəaliyyət göstərməyə başlamışdır.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2013-2014-cü illər ərzində aparılan əsaslı təmir-bərpa və yenidənqurma işlərinin başa çatdırılması nəticəsində pulmonologiya şöbəsi yeni tibbi avadanlıq və müasir cihazlarla təmin edilmişdir. İntensiv terapiya palatası təşkil olunmuşdur.
Pulmonologiya şöbəsi 30 çarpayılıqdır. Şöbənin ştatında 3,25 vahid həkim, 15.5 vahid orta, 11.5 vahid kiçik tibb personalı var. Eyni zamanda pulmonologiya şöbəsində 2 böyük elmi işçi və 3 kiçik elmi işçi fəaliyyət göstərir.Onlardan 3 nəfəri tibb üzrə fəlsəfə doktorudur.
Pulmonologiya şöbəsində bronx-ağciyər xəstəliklərinin müalicəsi aparılır.
Pasiyentlər əsasən Pulmonologiya şöbəsinə diaqnostika və müalicə üçün aşağıdakı xəstəliklərlə müraciət edir:
Əsas xəstəliklər (KRX, bronxopnevmoniya, kəskin bronxit,kəskin bronxiolit, ekssudativ plevrit, bronx-ağciyər displaziyası və s.), fon xəstəlikləri (anemiya, hipotrofiya, raxit, timus vəzinin hiperplaziyası və s.)
Xəstələrdə bəlğəmin bakterioloji müayinəsi, immunoloji vəziyyətin müayinəsi, bronx-ağciyər sistemində iltihabi prosesin aktivlik dərəcəsinin və s. yoxlanılması peşəkar həkimlər tərəfindən və müasir üsullar ilə həyata keçirilir. Şöbədə yatan xəstələr bir qayda olaraq nevroloq, oftalmoloq, otorinolorinqoloq, zərurət olduqda isə cərrah tərəfindən müayinə olunurlar. Klinik, biokimyəvi, bakterioloji, seroloji müayinələr, funksional-diaqnostik müayinələr (döş qəfəsi üzvlərinin rentgen müayinəsi, neyrosonoqrafiya, elektroensefaloqrafiya, exokardioqrafiya, doppleroqrafiya, daxili üzvlərin ultrasəs müayinəsi və s.) aparılır.
Şöbədə müalicə olunan bütün xəstələr QİÇS –ə və malyariyaya, hepatomeqaliya ilə olan xəstələr isə digər qaraciyər sınaqları ilə yanaşı, virus hepatitinə görə də yoxlanılır. Şübhəli xəstələr sitomeqalovirusa, toksoplazmoza, iersinioza, xlamidioza, ornitoza, leyşmanioza və s. görə müayinə olunurlar.
Bronx-ağciyər xəstəliklərinin müalicəsində fizioterapevtik metodlardan- elektrofarez, inhalyasiya, müalicəvi massaj və s. istifadə edilir.
Şöbə xəstələrin müalicəsi üçün lazım olan dərman preparatları və tibbi ləvazimatlar ilə gündəlik təmin olunur. Analar gündə 3 dəfə yeməklə təmin olunurlar.
Pulmonologiya şöbəsində xəstələr üçün yaradılmış rahat şərait, təcrübəli tibb bacılarının çalışqanlığı və səyi, həkimlərin peşəkarlığı və müalicənin müasir üsullarla aparılması xəstələrin tez bir zamanda sağalmasına zəmin yaradır.
Hər il 1000 nəfərə yaxın xəstə pulmonologiya şöbəsində müalicə olunaraq, yaxşılaşma və sağalma ilə evə yazılır.
Şöbədə gənc kadrlarla da fəal iş aparılır. Belə ki, ATU–nun müalicə-profilaktika fakültəsinin tələbələri şöbədə nəzəri hazırlıq keçməklə yanaşı praktik vərdişlərə də yiyələnirlər.
Şöbədə həm Pediatriya İnstitutunun, həm də digər tibb müəssisələrinin həkim-rezidentləri təqvim planı üzrə hazırlıq keçir. Onlar səhər konfranslarında, seminar məşğələlərində iştirak edir, şöbədə xəstələrin müalicəsi ilə məşğul olurlar.
Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2013-cü il tarixli 150 №-li sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyası haqqında dövlət proqramı” nın icrasını təmin etmək məqsədilə şöbənin əməkdaşları hər ilin aprel və sentyabr ayları ərzində respublikanın rayonlarına ezam olunurlar.
Klinik bölmələr
- Qəbul şöbəsi
- Anesteziologiya Reanimasiya və İntensiv terapiya şöbəsi
- Vaxtındanqabaq doğulanların patologiyası şöbəsi
- Yenidoğulanların patologiyası şöbəsi
- Yoluxucu xəstəliklər şöbəsi
- Somatika şöbəsi
- Pulmonologiya şöbəsi
- Konsultativ-poliklinika şöbəsi
- Təşkilati-metodik şöbə
- Fizioterapiya və tibbi bərpa şöbəsi
- Erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsi
Son xəbərlər
-
"FEBRİL QICOLMALAR"
03.03.2021 -
"İDRAR YOLU ENFEKSİYONU"
24.02.2021 -
"HENOCH-SCHÖNLEİN PURPURA"(HSP)
20.02.2021 -
"Prematür Retinopatiyaları" adlı seminar
19.02.2021 -
"Tibb bacısının əməliyyatdan sonra xəstəyə nəzarəti"
19.02.2021 -
ETPİ və META-nın birgə təşkil etdiyi Pediatrik Konfrans
11.02.2021 -
"Yeni doğulmuşlarda sarılıq" seminarı
04.02.2021 -
"Pediatrik resüsitasiyonda güncel yaklaşımlar" vebinarı keçirilmişdir.
04.02.2021 -
"Bos değerlendirmesi ve merkezi sinir sistemi enfeksiyonları" vebinarı
01.02.2021 -
ETPİ-nun direktoru Fəxri Fərmanla Təltif olundu.
30.12.2020


