Nəsirova Sevinc- K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun elmi katibi, t.ü.f.d., dosent
Nəsirova Sevinc Ramiz qızı 1998-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2002 illər ərzində K.Y. Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda ordinatura keçmişdir. 2002-ci ildən 2008-ci ilə qədər Azərbaycan Tibb Universiteti II müalicə-profilaktika fakultəsinin uşaq xəstəlikləri kafedrasında aspiranturada təhsil almışdır. 2010-cu ildə “Müxtəlif mədə-bağırsaq xəstəlikləri olan südəmər uşaqlarda probiotiklərin və bioterapevtik agentlərin tətbiq edilməsinin səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2011-cu ildə “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsi, 2017-ci ildə “dosent” elmi adı almışdır. 2011-2014-cü illərdə ET Pediatriya İnstitutunda Tibbi-sosial araşdırmalar və elmi-tədqiqat işlərinin planlaşdırılması elmi bölməsinin rəhbəri vəzifəsində işləmişdir. 2014-cü ildən ET Pediatriya İnstitutunun elmi katibidir. Nüfuzlu jurnal və konqres materiallarında 75-ə qədər elmi işi, 4 metodik tövsiyə dərc olunmuş, müxtəlif beynəlxalq konfrans və konqreslərdə iştirak və çıxış etmişdir. “Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı”nın redaksiya şurasının üzvüdür.
Son xəbərlər
-
"FEBRİL QICOLMALAR"
03.03.2021 -
"İDRAR YOLU ENFEKSİYONU"
24.02.2021 -
"HENOCH-SCHÖNLEİN PURPURA"(HSP)
20.02.2021 -
"Prematür Retinopatiyaları" adlı seminar
19.02.2021 -
"Tibb bacısının əməliyyatdan sonra xəstəyə nəzarəti"
19.02.2021 -
ETPİ və META-nın birgə təşkil etdiyi Pediatrik Konfrans
11.02.2021 -
"Yeni doğulmuşlarda sarılıq" seminarı
04.02.2021 -
"Pediatrik resüsitasiyonda güncel yaklaşımlar" vebinarı keçirilmişdir.
04.02.2021 -
"Bos değerlendirmesi ve merkezi sinir sistemi enfeksiyonları" vebinarı
01.02.2021 -
ETPİ-nun direktoru Fəxri Fərmanla Təltif olundu.
30.12.2020